Xəzərdə zəlzələ oldu

5 May 2018 09:58 (UTC+04:00)

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən, yerli vaxtla 03:26:31-də Xəzər dənizdə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3,9, dərinliyi 59 km olub.

AzNews.az