Şabranda Kür-Araz mədəniyyətinə aid olan nadir tikili qalığı tapılıb

5 May 2018 10:18 (UTC+04:00)

Bu barədə APA-ya Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Şabran arxeoloji ekspedisiyasının üzvü Sevinc Hüseynova məlumat verib. O bildirib ki, arxeoloji qazıntılar bir aydır davam edir və qazıntılar nəticəsində dairəvi formalı, Kür-Araz dövrünə aid tikili qalığı tapılıb. “Hansı ki, 4 düzümdən ibarət kərpiclər üst-üstə qalıb. Bu cür evin qalması həmin dövr üçün çox nadir tapıntıdır. Eyni zamanda Kür-Araz dövrü üçün xarakterik olan manqal da aşkarlanıb. Digər Kür-Araz abidlərində də xarakterikdir” deyə S. Hüseynova əlavə edib.

O həmçinin ərazidən mərmərdən düzəldilən muncuq formalı əsa başı, Asiya abidələri üçün xarakterik olan 3 qulpdan ibarət saxsı qab, sümükdən və absidyandan tapılan ox ucluqları, əmək alətləri, sapand daşları, sürtgəclər tapıldığını deyib.

Qeyd edək ki, Çaqqallıqtəpə abidələr kompleksi ilk Tunc dövrünə aiddir.