Şamaxıda 51 yaşlı qadın ehtiyatsızlıqdan yanıb

5 May 2018 10:25 (UTC+04:00)

"Report"un məlumata görə, hadisə şəhərin Təzəşəhər adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1967-ci il təvəllüdlü Səidə Babaxan qızı Əkbərova həyətdə qaladığı ocağın üzərinə benzin tökərkən alov yüksəlib, nəticədə onun üz və boyun nahiyəsi, həmçinin hər iki əli yanıb. S.Əkbərova Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti kafidir.