Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı islahatlar öz nəticəsini verib: Vüsal Qasımlı

5 May 2018 11:11 (UTC+04:00)

“APA-Economics”in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, I rübdə Azərbaycanda qeyri-neft ixracının 35%-dən çox artması bilavasitə özəl sektorun hesabına baş verib.

“Hazırda qeyri-neft ixracının 70%-ə yaxını özəl sektorun hesabına həyata keçirilir. Azərbaycanda yeni iqtisadi artım nöqtələri, o cümlədən qeyri-neft sənayesi, turizm, xidmət sektoru, nəqliyyat-logistika, bir sözlə qeyri-neft sektorunda özəl sektorun payı artır. Faktiki olaraq özəl sektor iqtisadiyyatın əsas lokomotivinə çevrilir. Həm özəl sektor qeyri-neft ixracının artmasına dəstək verir, digər tərəfdən yeni işyerlərinin yaradılması, regionların inkişafı baxımından özəl sektorun rolu böyükdür. Bütün bunlar ona görə baş verir ki, bir tərəfdən Azərbaycanda biznes mühiti yaxşılaşdırılır, digə