Türkiyəli məşhur futbolçu hakimə hücum edib

5 May 2018 11:30 (UTC+04:00)

"Report"un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi Türkiyə Superliqasının XXXII turunda doğma meydanda "Sivasspor"la matçda yan xətt hakimini itələyib.

Belə ki, futbolçu görüşün sonlarında ona qarşı edilən hərəkətin qayda pozuntusu olduğunu deyib və referinin qərarına sərt şəkildə etirazını bildirib. Komanda yoldaşları Arda Turanı sakitləşdirməyə cəhd göstəriblər. Futbolçu daha sonra qırmızı vərəqə ilə cəzalandırılıb. Türkiyə Fulbol Federasiyasının bu məsələ ilə bağlı Arda Turana ağır cəza verəcəyi gözlənilir.

Qeyd edək ki, "Başakşehir" - "Sivasspor" matçı 1:1 hesabı ilə başa çatıb.