Əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilir

5 May 2018 12:20 (UTC+04:00)

"Azərtac" xəbər verir ki, dövlət qurumlarının, yerli və xarici şirkətlərin iştirak etdiyi yarmarkanın keçirilməsinin məqsədi sosial müdafiəyə ehtiyacı olan gənclərin məşğulluğunun təmin edilməsidir. Eyni zamanda, ölkədə sosial sahənin inkişafı ilə bağlı siyasətin əsas istiqamətlərindən biri olan əlil gənclərin bütün sahələrdə fəaliyyətinin təmin edilməsi və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılması da tədbirin təşkil olumasının məqsədlərindəndır.