Gürcüstanda ağır yol qəzasında 5 nəfər ölüb

5 May 2018 12:27 (UTC+04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Batumi-Axaltsixe avtomagistralında “Mercedes” markalı minik və yük avtomobili bir-birinə çırpılıb. Nəticədə minik avtomobilində olan 5 nəfər hadisə yerində ölüb.

Qəza səbəbindən avtomagistralda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.