Filippində güclü zəlzələ oldu

5 May 2018 12:33 (UTC+04:00)

Bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 06:19-da (Bakı vaxtı ilə saat 10:19) qeydə alınıb. Yeraltı təkanların episentri Pandan şəhərindən 56 kilometr şimal-qərbdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində həyatını itirənlər, xəsarət alanlar və sunami təhlükəsi barədə hələlik məlumat verilmir.

AzNews.az