Litva prezidenti Putinin inauqurasiyasına dəvət edilmədi

5 May 2018 13:44 (UTC+04:00)

Bu barədə "Report" "Izinios" nəşrinə istinadən xəbər verir. Litvanın Prezident Administrasiyasının Mətbuat xidmətindən bu vaxta qədər mərasimə dəvət edilmədikləri bildirilib. Litva Xarici İşlər Nazirliyindən isə cümə günü işin sonuna qədər Litvanın Moskvadakı səfirliyinə də dəvət gəlmədiyi vurğulanıb. Nazirlikdən qeyd ediblər ki, mərasimdə iştirak edib-etməməklə bağlı qərarı dəvət aldıqdan sonra verəcəklər.

AzNews.az