“Beşiktaş”a texniki məğlubiyyət verildi

5 May 2018 14:00 (UTC+04:00)

“Report” xəbər verir ki, Komitənin qərarına əsasən, gələn il “Beşiktaş” Türkiyə kubokunun oyunlarına da buraxılmayacaq.

Qeyd edək ki, aprelin 19-da Futbol üzrə Türkiyə Kubokunun yarımfinal matçı çərçivəsində "Fənərbaxça" və "Beşiktaş" komandaları arasında keçirilən qarşılaşma ikinci yarıda yarımçıq dayandırılmışdı. Buna səbəb matçın 57-ci dəqiqəsində azarkeşlərin stadiona kənar əşyalar atması olmuşdu. Komandanın baş məşqçisi Şenol Günəş başından xəsarət almışdı.

Bundan əvvəlki qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatmışdı.

Xatırladaq ki, komitə oyunun 57-ci dəqiqədən davam etdilməsi barədə qərar qəbul etmişdi.

AzNews.az