“Bu İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur” - Nazir

5 May 2018 15:40 (UTC+04:00)

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında çıxışında deyib.

"Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20% -i, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonunun işğal olunduğu, həmçinin, təxminən, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi təsdiq olunmuş faktdır. Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələr qəddar şəkildə məhv edilib və təhqirə məruz qalıb. İƏT-ə üzv ölkələrin İƏT Nazirlər qətnamələrində əks olunmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə güclü və ədalətli mövqeyinə görə təşəkkür edirəm", - deyə XİN başçısı vurğulayıb.

AzNews.az