Bu sərgiyə ancaq lüt insanlar buraxılır - Çılpaq mətbuat konfransı da təşkil ediblər

5 May 2018 16:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün sərgi açılıb və bir çox sənət sevənlər həmin sərgini çılpaq gəziblər.

Son bir neçə ay ərzində beynəlxalq ictimaiyyətin gündəmində Fransanın paytaxtı Parisdəki Palais de Tokio Muzeyinin açılışı olub. Bunun səbəbi Paris Çılpaqlar Dərnəyi ilə muzey rəhbərliyi tərəfindən təşkil edilən bir sərgi idi. 5 May 2018-ci ildə muzey qonaqlara qapılarını açacağını, sərgini isə yalnız çılpaq olaraq izləməyin mümkün olduğunu bildirmişdilər. Bu gün Reuters xəbər agentliyi sərginin açılışının olduğunu bildirib.

Muzeyin ilk qonaqları Paris Çılpaqlar Dərnəyinin üzvləri olub. İlk saatlarda dünya gündəmində oturan "çılpaq muzey"ə 5 nəfər qatılıb. Yığıncağın sayının artacağını ifadə edən PÇD çılpaq bir vəziyyətdə mətbuat konfransı da təşkil edib.