1 söyüd ağacı 400 manata başa gəldi - Qusarda reyd

5 May 2018 16:59 (UTC+04:00)

Bu barədə AzNews.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Qusar rayonunun Yasab kəndi ərazisində yaş köküstə 40 sm diametrliyində 1 ədəd söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib. Ağacı kəsənin şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayıb.

Faktla bağlı akt tərtib olunub və təbiətə 400 manat ziyan dəydiyi müəyyən edilib.

Qanun pozucusunun müəyyən edilməsi üçün Qusar rayon Polis Şöbəsinə məktub göndərilib.