“Azdrama”da “Sənətkarın taleyi”

15 Mart 2013 14:08 (UTC+04:00)
Akademik Milli Dram Teatrında "Sənətkarın taleyi" nümayiş olunacaq. Qeyd edək ki, tamaşa xalq Yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilib.

Aktyor Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edən "Sənətkarın taleyi" tamaşasının quruluşçu rejissoru İrana Tağızadə, quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı Vladimir Neverovdur. Tamaşada Şükufə Yusupova, Firdovsi Atakişiyev, Cəfər Əhmədov, Elşən Cəbrayılov, Ayşad Məmmədov, İlham Hüseynov, Əjdər Həmidov və başqaları oynayacaq.

Bahar Rüstəmli
AzNews.az