“Beşiktaş”a ağır cəza verildi

5 May 2018 18:22 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, oyun dava səbəbindən 67-ci dəqiqədə yarımçıq dayandırılmış, daha sonra mayın 3-də qaldığı dəqiqədən davam etdirilməsi qərara alınmışdı.

Lakin, “Beşiktaş” bu qərara etiraz edərək matça çıxmamışdı.

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Beşiktaş”ın bu addımını ağır cəzalandırıb. Belə ki, “ağ-qaralar”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin, 2018/19 mövsümündə Türkiyə kubokuna buraxılmayacaq, bu mövsüm əldə olunan qazancdan da pay almayacaq.