Qız dünyaya gətirən ana öldü - Halı pisləşib (Yenilənib)

5 May 2018 21:11 (UTC+04:00)

Bu sözləri "Report"un Şirvan bürosuna Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının həkimi, doğumda iştrak edən mama-ginekoloq Tünzalə Həmidova deyib.

O, qeyd edib ki, saat 18:00-da xəstənin halı pisləşdiyindən Bakıdan reanimatoloq və anestezioloq çağırılıb: "Həkimlərin birgə qərarı ilə o, reanimasiya şöbəsinə yerləşdirlib. Xəstənin vəziyyəti getdikcə ağırlaşıb. O, bu gün saat 17 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib".

T. Həmidova ölümün ilkin səbəbini preklamsiya ilə əlaqələdirib. Həkim ana ölümündə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. "Bizim heç bir təqsirimiz yoxdur. Amirə Binyətova xəstəxanaya ağır vəziyyətdə gətirilib və əməliyyat olunub. Ona əlimizdən gələn köməyi göstərmişik".

Qeyd edək ki, ailə ananın ölümündə həkim səhlənkarlığının olduğunu bildirib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

***

18:37

Şamaxıda doğuş zamanı halı pisləşən qadın ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, dünən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən 1984-cü il təvəllüdlü Şamaxı şəhər sakini Amirə Əlisahab qızı Binyətovanın halı pisləşdiyindən o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qadın bu gün reanimasiya şöbəsində dünyasını dəyişib. A. Binyətovanın meyiti Məhkəmə Tibbi Ekspertizasının Şamaxı Rayon Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb.

AzNews.az