Xaçmaz sakininin həyətində çətənə kolları aşkarlanıb

5 May 2018 18:49 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AzNews.az-a verilən məlumata görə, mayın 2-də Xaçmaz RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Qəhrəman Hüseynovun həyətyanı sahəsindən dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 34 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Dindirilmə zamanı o, çətənə kollarını şəxsi istifadə üçün becərdiyini bildirib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

​Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət başlanaraq barəsində həbs qətimkan tədbirləri seçilib.