Rusiyada icazəsiz mitinqlər - Müxalifət lideri həbs olundu (Yenilənib)

5 May 2018 20:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mitinqdə təxminən 2 min nəfər iştirak edib. Bu barədə RİA Novosti agentliyi məlumat verib.

19:50

***

Polis Rusiyanın bir çox şəhərlərində hökumətə etiraz edən nümayişçilərə müdaxilə edib.

AzNews.az xəbər verir ki, Rusiyada hökumət əleyhinə olan nümayişlərdə onlarla insan nəzarətə alınıb.

Ölkənin bir çox şəhərlərində minlərlə insan mart ayında keçirilən seçkinin təkrar qalibi olan Vladimir Putinin 7 Mayda təşkil olunacaq “rəsmi vəzifəyə başlama mərasimi” əvvəlində nümayişlər keçirib.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu və Rusiyanın öndə gedən müxalifət liderlərindən olan Aleksey Navalnının çağırışı ilə küçələrə axışan insanlar Vladimir Putinə və Rusiya hökumətinə qarşı şüarlar səsləndirib.

Navalnı Moskvada keçirilən nümayişlərdə qısa müddət sonra polis tərəfindən tutulub, Putinin tərəfdarları və etirazçılar arasında toqquşma olub.

Toqquşmadan sonra polis nümayişçilərə çox sərt müdaxilə edib. Çox sayda adam nəzarətə alınıb və nümayişin qeyri-qanuni olduğu bildirilib.