Braziliyada yol qəzası - 9 ölü, 30 yaralı

5 May 2018 20:48 (UTC+04:00)

AzNews.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, minik avtomobilinin avtobusla toqquşması nəticəsində azı 9 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Məlumata görə, qəzaya səbəb minik avtomobilinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.