Mənzil alarkən ən çox nəyə fikir verməliyik? - Video

5 May 2018 21:30 (UTC+04:00)

Bir mənzilin qiyməti ilə , eyni ölçüdə və eyni binada yerləşən digər mənzil arasında 40 min manata qədər qiymət fərqi var.

AzNews.az Xəzərxəbər.az-a istinadən xəbərr verir ki, Bakının bəzi hissələrində eyni binada və yaxud eyni küçədə yerləşən evlərin qiymətləri arasında kəskin fərq müşahidə edilir.Bu ərazilərdə mənzilin qiyməti onun ölçüsü və təmirinə görə deyil ,pəncərəsinin haraya baxmasına görə dəyişir. Mənzillərin arasındakı qiymət fərqi isə 10 min mantdan 40 min manata qədər dəyişir.

Relitorların sözlərinə görə, şəhərin istənilən ərazisində dənizə panaraması olan evlərin qiyməti digərlərinə nisbətən yüksək olur. Son illər ərzində ölkəmizdə keçirilən beynəlxalq yarışlar bu evlərə olan tələbatı da artırıb.Xüsusilə də turistlər kirayə seçərkən mənzilin balkonun haraya baxmasına çox önəm verirlər.

Ekspertlərin fikrincə, yay aylarında turistlərin ölkəmizə axını bu ərazilərdə kirayə mənzillərə olan tələbatı da artıracaq.