Fələstində partlayış - 5 ölü, 3 yaralı

5 May 2018 22:33 (UTC+04:00)

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra yazılı açıqlamada Qəzza Zolağının mərkəz hissəsində meydana gələn partlayışda 5 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını yazıb.

Səhiyyə Nazirliyi partlayışın səbəbi və detalları haqqında məlumat verməyib.

Hadisə şahidləri Deyr əl-Belah ilə Əz-Zavadiya arasındakı bir bölgədə şiddətli bir partlayışın olduğunu bildiriblər.