"Oyunumuzu bir az da inkişaf etdirməliyik" - Roman Qriqorçuk

5 May 2018 22:47 (UTC+04:00)

"Report" xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Yaxşı oyun alındı. Oyunumuzu bir az da inkişaf etdirməliyik. Əldə etdiyimiz qol fürsətlərini dəyərləndirməliyik. Xüsusilə, ilk hissədə yaxşı imkanlarımız oldu. Bu cür fürsətlərdən yararlansaq, daha yaxşı nəticələr qazana bilərik. Ancaq dediyim kimi, bu matçı çempionatdakı ən yaxşı oyunlardan biri kimi dəyərləndirirəm.

- Bu gün rəqib sizin komandanın üzvlərinə qarşı bir qədər kobud oynayırdı. Siz də hakimlərə qarşı aqressiv görünürdünüz...

- Hakim nə qədər icazə verirsə, kobudluq da o qədər çox olur. Mən burda olduğum zaman hakimliklə bağlı əleyhimizə çox qərarlar olub. Futbolçularımın siması hələ də gözümün önündədir. Məsələn, Qay və digər futbolçular üzümə baxıb, sanki kömək istəyirdilər. Ancaq dediyim kimi, hakimliklə bağlı edəcək bir şey yoxdu.

- Ölkə kubokunun finalında üz-üzə gələcəyiniz rəqiblə qarşılaşmada bütün kartlarınızı açdınız?

- Bu gün yaxşı oynadıq. Son vaxtlar komandamız kifayət qədər yaxşı oynayır. Bu matça çıxanda, kubok oyunu barədə düşünməmişdik. Kuboka kimi hər iki komandanın iki oyunu var. Öz oyunumuzu inkişaf etdirməyə çalışırıq. Bu gün də, sadəcə, öz oyunumuza köklənmişdik.

AzNews.az