Moskva Ermənistanın daxili işlərinə qarışmayacaq

5 May 2018 23:25 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə RusiyanınYerevandakı Səfirliyinin yaydığı bəyanatda deyilir.

“Son bir neçə həftə Ermənistanda baş verən hadisələr ölkənin və erməni xalqının daxili məsələsidir.

Rusiyanın Yerevandakı Səfirliyi, eləcə də Rusiya tərəfi Ermənistanla müttəfiq münasibətlərin qurulmasında bir sıra şəxslərin deyil, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova tərəfindən səsləndirilən fikirlərə söykənir”, – deyə səfirliyin məlumatında bildirilir.