“Qəbələ” Avropa Liqasında çıxış edəcək

5 May 2018 23:49 (UTC+04:00)

Apasport.az saytının məlumatına görə, bu, Topaz Premyer Liqasının XXVI turunda keçirilən “Qəbələ” – “Keşlə” matçından sonra müəyyənləşib.

Ölkə kubokunun finalçılarının Qəbələdə üz-üzə gəldiyi görüş 1:1 hesabı ilə nəticələnib. Bir gün əvvəl “Sumqayıt” büdrədiyindən, “Qəbələ” ilə arasındakı 6 xallıq fərq qalıb. Bu isə o deməkdi ki, “qırmızı-qaralar” mövsümü ən pis halda 3-cü pillədə tamamlayacaqlar. Bu da Avropa Liqasına vəsiqə üçün yetərlidi.

Sabah “Neftçi” “Qarabağ”la görüşdə qələbə qazana bilməsə, o zaman “Qəbələ” sona 2 tur qalmış gümüş medalı təmin edəcək.

AzNews.az