29 yaşlı gənc bıçaqlandı

6 May 2018 00:00 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, Kolayı kənd sakini, 1989-cu il təvəllüdlü Allahverdiyev İdris Zakir oğlu hələlik məlum olmayan şəraitdə bel nahiyəsindən bıçaq xəsarəti alıb.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az