Azərbaycanda bank sektorunun kapitallaşmasının dəyəri nə qədərdi? - Artım var

6 May 2018 12:35 (UTC+04:00)

AzNews.az bu barədə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 27,9 milyard manat, öhdəlikləri 24 milyard manat təşkil edib. Əhalinin depozitlərinin həcmi 7,6 milyard manata bərabər olub.

Bankların aktivləri ötən ilin sonu ilə müqayisədə 0,05 faiz, öhdəlikləri 0,73 faiz azalıb.

Bu müddət ərzində Azərbaycanda fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511-ə (2 yeni filial), şöbələrinin sayı 143-ə (1 yeni şöbə), bankomatların sayı 2455-ə (24 yeni bankomat) çatıb.

Hesabat dövründə bankların əməkdaşlarının sayı 218 nəfər artaraq 16389 nəfər təşkil edib.