“Ermənistan Rusiyaya yükdür" - Leontyev

6 May 2018 15:11 (UTC+04:00)

AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri “Komsomolskaya pravda” radiostansiyasının efirində “Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi, telejurnalist Mixail Leontyev deyib.

“Gəlin bir şeyi açıq deyək: Ermənistan lap əvvəldən Rusiya üçün tarixi, fiziki və maddi yükdür. Əgər onlar belə davranırsa o zaman açıq və sərt demək lazımdır-bəli, onlar çiynimizdə yükdür. Biz qanımızla, canımızla, pulumuzla, qazımızla, qoşunlarımızla bu xalqı xilas etmişik. Əgər onlar at arabasında gedən qadın kimi tullanıb düşmək istəyirlərsə gəlin “i”nin üzərinə nöqtəni qoyaq. Onlar indi elə adamın dalınca küçələrə çıxıblar ki, (Nikol Paşinyan nəzərdə tutulur) öz siyasi karyerasını tullanıb düşmək istəyi üzərində qurub. Bu, onun siyasi manifestinin əsas mənası olub. Ona görə də budur, əgər onlar tullanıb düşmək istəyirlərsə qoy...Və bəsdirin bizim qardaş azərbaycan xalqı ilə münasibətlərimizə kölgə saldınız!”-Leontyev deyib.

Telejurnalistin sözlərinə görə, Ermənistan Rusiyadan başqa heç kimə lazım deyil.

“Bizdən başqa heç kimə lazım deyilsiniz, əgər siz özünüzüə də lazım deyilsinizdə o zaman buyurun, gedin işinizin dalınca...Ancaq və ancaq bizim dəstəyimiz hesabına mövcud olan xalq bizi satqınlıqla şantaj etmək haqqına malik deyil. Əgər kimsə cürət edib buna oxşar nəsə desə bu faktı başa düşməlidir-onların buna haqqı yoxdur! Əgər biz olmasaydıq fiziki olaraq nə bir erməni mövcud olardı, nə Ermənistan! Təbiətcə ola bilməzdi, olmamalıydı!”

Mixail Leontyevin bu çıxışı Rusiya ermənilərini bərk qəzəbləndirib. Rusiya Ermənilərki İttifaqı təcili Baş prokurorluğa müraciət edərək “Komsomolskaya pravda” radiosunun efirində danışılanlarla bağlı tədbir görməyə çağırıb. Müraciətdə deyilir ki, aprelin 26-da Mixail Leontyevin, İlya Savelyevin və Mixail Yuryevin iştirakı ilə efirdə Ermənistandakı hadisələr müzakirə olunub. Bu zaman onlar” jurnalist etikasını və insani etitakını, habelə hüquqi və vətəndaş öhdəliyini” kobus pozublar.

“Onlar bu cür fikirlərlə ilk növbədə Rusiyanın geosiyasi və milli təhlükəsizlik maraqlarına zərbə vururlar”-Rusiya Erməniləri İttifaqı bildirir. Erməni diaspor təşkilatı qeyd edir ki, həmin aparıcıların cəzalandırılmasına nail olacaq. Müvafiq müraciətin təkcə Baş prokurorluğa yox, prezident Vladimir Putinə də ünvanlandığı bildirilir.