Əfqanıstanda məsciddə partlayış - Ölənlərin sayı artıb (Yenilənib)

6 May 2018 21:24 (UTC+04:00)

AzNews.az TOLO News agentliyinə istinadən xəbər verir ki, Əfqanıstanda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, daha 34 nəfər yaralanıb.

Polis partlayış faktını təsdiqləyib. Onun məlumatına görə, həmin məscid seçicilərin qeydiyyatı mərkəzi kimi istifadə olunur. Hazırda partlayışın səbəbləri araşdırılır.

***

15:27

Əfqanıstanın Host əyalətində məsciddə törədilmiş partlayış nəticəsində ən azı 10 nəfər həlak olub, 34 nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Tolo Newsсо kanalı məlumat yayıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Bu məscid həm də seçicilərin qeydiyyatı mərkəzi kimi fəaliyyət göstərir.

Xatırladaq ki, bu ilin oktyabr ayında Əfqanıstanda parlament və mahal şuralarına seçkilər keçiriləcək.