Ronaldodan Fergüsson üçün paylaşım

6 May 2018 15:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, şəxsi sosial şəbəkə hesabında sabiq baş məşqçisi ilə olan fotosunu paylaşan portuqaliyalı ulduz bu sözləri yazıb:

“Bütün düşüncəm və dualarım sizinlədir, əziz dostum. Güclü olun, boss!”.

Qeyd edək ki, dünən gecə saatların vəziyyəti pisləşən şotlandiyalı mütəxəssis xəstəxanaya yerləşdirilib. Beyninə qan sızan 76 yaşlı Fergüsson dərhal əməliyyat olunub.