Netenyahudan İrana qarşı müharibə bəyanatı - "Biz münaqişəyə səbəb olsaq belə..."

6 May 2018 18:18 (UTC+04:00)

AzNews.az RİA-ya istinadən xəbər verir ki, B. Netenyahu Nazirlər Kabinetinin iclasında deyib ki, İsrail şimal sərhədində düşmən İranın hərbi mövcudluğuna yol verə bilməz.

İsrail baş naziri Tehranın Suriyada hərbi iştirakının güclənməsini İsrailə qarşı fəaliyyət kimi qiymətləndirib. B. Netenyahu son aylar İran İslam İnqilabını Mühafizə Korpusunun Suriyaya hücum və müdafiə silahları, o cümlədən pilotsuz təyyarələr, hava hücumundan müdafiə vasitələri və "Yer-Yer" raketləri gətirdiyini qeyd edib:

"Biz münaqişəyə səbəb olsaq belə, İranın bizə qarşı aqressiv fəaliyyətini qətiyyətlə dayandıracağıq. İsrail vəziyyəti gərginləşdirməyə çalışmır, ancaq istənilən ssenariyə hazırdır. Zamanında hərəkətə keçməyən dövlətlər sonralar öz səhvlərinə görə böyük itkilərlə üzləşirlər".

"Biz, bu hətta münaqişə anlamına gəlsə belə, özümüzə qarşı İran təcavüzünün qarşısını almaq əzmindəyik. Sonra olmaqdansa, indi olsun" — deyə Netanyahu əlavə edib.