“Qalatasaray” ÇL-nın 1/4 final mərhələsində “Real” (Madrid) ilə qarşılaşacaq

15 Mart 2013 14:22 (UTC+04:00)
Bu gün İsveçrənin Nion şəhərində - UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatması keçirilib.

APA-nın xəbərinə görə, Türkiyənin "Qalatasaray" komandasının rəqibi "Real" (Madrid) olub.

¼ final mərhələsinin digər qarşılaşmaları aşağıdakı kimidir:

"Malaqa" – "Borussiya"

"Pari Sen-Jermen" – "Barselona"

"Bavariya" – "Yuventus".

İlk matçlar 2-3 aprel, cavab oyunları isə 9-10 apreldə oynanacaq.

AzNews.az