Pakistanın daxili işlər naziri sui-qəsd nəticəsində yaralandı

6 May 2018 19:34 (UTC+04:00)

AzNews.az Ria-ya istinadən xəbər verir ki, hadisə şəhərdə keçirilən mitinq zamanı baş verib. Daxili işlər naziri avtomobilində olarkən 20-22 yaşlı gənc yaxınlaşıb və atəş açıb. Güllə A. İkbalın sağ çiyninə dəyib və nazir xəstəxanaya yerləşdirilib. A. İkbalın həyatı üçün təhlükə yoxdur.

Daxili işlər nazirinə atəş açan şəxs saxlanılıb. Hadisənin motivi barədə məlumat verilmir.