Sərbəst güləş yığmamız Avropa ikincisi oldu

7 May 2018 09:18 (UTC+04:00)

Azərbaycan Güləş Federasiyasından AzNews.az-a verilən məlumata görə, çempionatda sərbəst güləş yarışları başa çatıb. Yığma komandamız çempionatı 2 qızıl, 2 gümüş və 4 bürüncmedalla başa vurub.

Qızıl medalları yığmamıza Georgi Edişeraşvili (57 kq) və Hacı Əliyev (65 kq) qazandırıb. Aleksandr Qostiyev (86 kq) və Şərif Şərifov (92 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qazandırıb.

Bu nəticə ilə yığmamız komanda hesabında 160 xal toplayaraq Avropa ikincisi olub. Rusiya 204 xalla birinci, Türkiyə 125 xalla üçüncü olub.