Fəhmin Hacıyev: “Qlobal siyasi maraqlar bunu tələb edir”

15 Mart 2013 14:36 (UTC+04:00)
"Ermənistanın iqtisadi göstəricilərin aşağı olmasını bütövlükdə Türkiyə ilə sərhədlərinin bağlı olması ilə əlaqələndirmək doğrü olmazdı".

Bunu AzNews.az-a Daxili Qoşunların sabiq baş komandanı Fəhmin Hacıyev deyib. O qeyd edib ki, hazırda siyasi sifariş sərhədlərin qapalı saxlanmasını diqtə edir: "Sadəcə olaraq bu gün qlobal siyasi maraqlar tələb edir ki, nə qədər ki, ermənilər Azərbaycana və Türkiyəyə qarşı iddialarindan imtina etməyib Ermənistanla diplomatik əlaqələr qurulmasın".

F.Hacıyevin sözlərinə görə, sərhədlərin açılması ilə Ermənistanın Rusiyanın təsirindən xilas ediləcəyini düşünənlərin fikirləri maraq dogura bilər: "Türkiyə-Ermənistan sərhədlərinin açılmasını müdafiə edən qüvvələr Ermənistanın bu yolla Rüsiyanın təsir dairəsindən çıxarılmasını düşünürlər. Bu fikirə də hörmətlə yanaşıram".

Gültəkin
AzNews.az