Bu avtobusların sərnişinləri evlərinə tez çatacaq - Diqqət

7 May 2018 09:56 (UTC+04:00)

Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzindən çıxan avtobuslar artıq Ziya Bünyadov prospekti və “Böyük Şor” qovşağına daxil olmadan yoluna davam edəcəklər.

"Dəyişiklik sayəsində ətraf kənd və qəsəbələrə gedən avtobusların artıq məsafə qət etməsinin qarşısı alınır ki, bu da sərnişinlərin mənzilbaşına daha tez çatması və digər nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin artması baxımından əhəmiyyətlidir", - deyə məlumatda bildirilib.