Nəvə nənəsinin evindən oğurluq etdi

7 May 2018 11:37 (UTC+04:00)

DİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 1400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi və onun tanışı olan 2 yeniyetmə saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.