“Müzakirə olunmalı bir çox məsələlər var” - Muxtar Babayev

7 May 2018 11:42 (UTC+04:00)

"APA-Economics"in məlumatına görə, bunu yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

O qeyd edib ki, bundan sonra ictimaiyyətlə daha sıx işləyəcəklər: "Müzakirə olunmalı bir çox məsələlər var. Bu sahə ilə bağlı ümidləri doğrultmağa çalışacağıq".

Nazirlikdə yeni struktur islahatları aparılıb-aparılmayacağı ilə bağlı isə nazir qeyd edib ki, bu barədə danışmaq hələ tezdir: "Hələ vəziyyətlə tanış oluruq".

AzNews.az