6 nəfərin ölümü ilə nəticələnən "traktor faciəsi"nin səbəbi (Video)

7 May 2018 12:41 (UTC+04:00)

"Report"un Aran bürosunun məlumatına görə, qəzaya qoşqunun traktora bağlanan hissəsindəki dəmirin yerindən çıxması səbəb olub. Nəticədə qoşqu su kanalına aşıb. Hadisə zamanı qoşquda olan 7 qadından 6-sı ölüb. Traktorun sürücüsü və qoşquda olan qadınlardan biri xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az