“Ermənistanda daxili qarşıdurma uzun müddət davam edəcək”

7 May 2018 14:34 (UTC+04:00)

"Report" xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, nə qədər ki, Ermənistan təcavüzkar siyasətindən əl çəkməyəcək, heç zaman bu ölkə qarşısında işıqlı yol olmayacaq: "Bu çətinliklər 3-5 aya aradan qalxmayacaq. Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil. Nə qədər Ermənistan təcavüzkar siyasətini davam etdirəcək, erməni xalqı üçün bu məşəqqətlər, çətinliklər qalacaq". Ə.Əhmədov bildirib ki, Ermənistanda hökm sürən daxili qarşıdurma uzun müddət davam edəcək.

AzNews.az