33 yaşlı kişini ilan sancdı

7 May 2018 15:33 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Hunanlar kənd sakini, 1985-ci il təvəllüdlü Novruzov Ramin Viktor oğlu sağ qolundan ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Hunanlar kəndindən daha bir nəfəri ilan sancmışdı.

AzNews.az