Sabah Akif Çovdarovun şikayəti əsasında məhkəmə başlayır

7 May 2018 16:19 (UTC+04:00)

"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcək.

Daha sonra isə apellyasiya şikayətlərinin dəlilləri müəyyən ediləcək.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin höküm ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

AzNews.az