“Yaxın müddətdə diaspor sahəsində böyük nəticələr əldə ediləcək”

7 May 2018 16:27 (UTC+04:00)

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Hamını əməkdaşlığa dəvət edən Dövlət Komitəsinin sədri qeyd edib ki, yaxın müddətdə diaspor sahəsində böyük nəticələr əldə ediləcək: "Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildikdən sonra facebook, tvitter üzərindən yüzlərlə məktub almışam. Bu gün diasporda bir canlanma müşahidə olunur. Xaricdə yaşayan azərbaycanlılar üçün bir şüar olmalıdır: "Vətən uzaqda deyil. Vətən sizi gözləyir".(APA)

AzNews.az