Ayda yaşamaq planlarına zərbə - Ay tozu təhlükəli imiş

7 May 2018 16:57 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın Stoni Bruk Universitetinin alimləri araşdırma nəticəsində bu qənaətə gəliblər ki, Ay tozu insanın hüceyrələrini öldürür, eyni zamanda xərçəngə yol açır. Ay tozu insanın ağciyər hüceyrələrinin 90%-ni məhv edir. Alimlər bütün bunları nəzərə alaraq, Ayda yaşamağın təhlükəli olduğuna qərar veriblər.