Rus aşpazın bu addımı Yaponiyanın baş nazirinin xoşuna gəlmədi

7 May 2018 17:47 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun yaponiyalı həmkarının şərəfinə verdiyi ziyafətdə şirniyyat ayaqqabı şəklində olan bir qabda verilib. Bu ideya rus aşpaz tərəfindən irəli sürülüb və gerçəkləşdirilib.

Yaponiyanın baş naziri ayaqqabı şəklində olan qabın süfrəyə qoyulmasından çox narahat olub.

Qeyd edək ki, yapon mədəniyyətində ayaqqabıya münasibət mənfidir. Belə ki, yaponlar nəinki evlərində, hətta ofislərdə belə ayaqqabılardan istifadə etmirlər.