Məişət tullantılarını yandırdı, 600 manat cərimə edildi - Reyd (Fotolar)

7 May 2018 18:54 (UTC+04:00)

AzNews.az-a Nazirlikdən verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhər məişət tullantıları poliqonunda məişət tullantılarının qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilmədiyi, yandırıldığı və nəticədə ətraf ərazilərə tüstü, kəskin qoxunun yayıldığı məlum olub.

Faktla bağlı poliqonun icarədarı Qəhrəmam Qəhrəmanov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib.

Qanun pozuntusunun aradan qaldırılması üçün Q.Qəhrəmanova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.