Qəbələdə silsilə oğurluq edən qohumlar tutuldu

7 May 2018 19:53 (UTC+04:00)

AzNews.az-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qohumlar-rayonun Soltannuxa kənd sakinləri Bəxtiyar və Rizvan Süleymanov, eləcə də əvvəllər məhkum olunmuş Maxsud Süleymanov saxlanılıb.

Ətraflarında aparılan araşdırmalar nəticəsində onların digər oğurluq əməllərinin üstü açılıb. Belə ki, saxlanılan şəxslər may ayının 4-də gecə saatlarında Elçin Ədilova məxsus, rayonun Zarağan kəndində yerləşən mağazadan pul, tütün məmulatları, müxtəlif içkilər və digər əşyaların oğurladıqları, eləcə də həmin gün eyni kənddə Mənsur Davudova məxsus anbarın qapısını sındıraraq qanunsuz şəkildə ora daxil olduqları və oğurluğa cəhd etdikləri müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.