Oksfordda atışma baş verdi - Fotolar

7 May 2018 21:40 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, şahidlər atışma səsləri ilə yanaşı, partlayış səsi də eşidiblər.

Hadisəyə görə Paradays meydanı və şübhəli ilə danışıqların aparıldığı Norfolk küçəsi bağlanıb.

İngiltərə Polisi insanları hadisə yerindən yayındırmağa çalışıb. Bunun terror hadisəsi olmadığını bildiriblər.

"İndependent" bildirib ki, atışma hüquq-mühafizə orqanlarının əməkdaşları ilə naməlum şəxs arasında baş verib. Polis vətəndaşları əməliyyat başa çatana qədər şəhərin mərkəzindən uzaq olmağa çağırıb.