Azərbaycan neftinin son qiyməti necədi?

7 May 2018 23:12 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 74,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 70,26 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,98 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 74,55 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.