Hindistanda itlər uşaqlara hücüm elədi - 6 uşağı parçaladılar

7 May 2018 23:38 (UTC+04:00)

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təkcə ötən həftə ərzində 6 uşağı itlər parçalayıb. Onlarla yaralanın da olduğu bildirilir.

Bölgə əhalisi küçələrdə quduz itlər səbəbindən çölə çıxmağa ehtiyat etdiklərini bildirib və rəsmi qurumlardan bir tədbir görülməsini istəyiblər.

Qeyd edək ki, ötən ilin noyabrından etibarən itlərin hücumu nəticəsində ölən uşaqların sayı 12-yə çatıb.

AzNews.az