Paşinyan baş nazir olma ehtimalının yüksək olduğunu bildirib

7 May 2018 23:27 (UTC+04:00)

AzNews.az Ria-ya istinadən xəbər verir ki, bu barədə N.Paşinyan İrəvanda keçirdiyi mitinqdə bəyan edib.

“Mənə rəsmi şəkildə bildirilib ki, “Daşnaksyutun”, “Yelk”, “Tsarukyan bloku” fraksiyaları və Ermənistan Respublika partiyasını təmsil edən bir sıra deputatlar xalqın namizədinə səs verəcəklər. Bu isə seçilmə ehtimalının 95%-i deməkdir”, deyə N.Paşinyan qeyd edib.

Qeyd edək ki, Ermənistanda baş nazir seçkilərinin ikinci turu mayın 8-də keçiriləcək. Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir. Deputatlar baş naziri ikinci dəfə də seçə bilməsələr parlament avtomatik buraxılacaq.